Logo
    main-post-cover

    AnTuTu mart ayının ən güclü flaqman Android smartfonlarını təyin edib

    Cihazlar+
    04.04.2023
        AnTuTu bençmark saytı mart ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə daxil olmuş 10 smartfondan 9-u Qualcomm-un Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. 1 smartfon isə MediaTek şirkətinin prosessorunu əldə edib və o, reytinqin ilk beşliyinə daxil olub. Beləliklə AnTuTu-nun mart ayı üzrə ən güclü flaqman Android smartfonları reytinqinin birinci pilləsində OPPO Find X6 Pro smartfonu qərarlaşıb. Reytinqin ikinci yerini Nubia Red Magic 8 Pro+, üçüncü yerini isə OnePlus 11 tutub. İlk üçlükdən sonra gələn smartfonların ardıcılığı belədir. Vivo X90 Pro+, OPPO Find X6 (MediaTek Dimensity 9200), iQOO 11 Pro, iQOO 11, Redmi K60 Pro, Nubia Z50 UltraXiaomi 13.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AnTuTu mart ayının ən güclü flaqman Android smartfonlarını təyin edib | Technote