Logo
    main-post-cover

    AnTuTu mart ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib

    Cihazlar+
    05.04.2023
    Emil
        AnTuTu bençmark saytı mart ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqdəki 10 smartfondan 9-u MediaTek şirkətinin Dimensity 8000 seriyasına daxil olan prosessorları vasitəsilə çalışırlar. Smartfonlardan yalnız 1-i Snapdragon prosessoru vasitəsilə çalışır. Beləliklə mart ayının ən güclü subflaqman smartfonları reytinqində birinci yeri Redmi Note 12 Turbo modeli tutub. Reytinqdə məhz bu smartfon Snapdragon 7+ Gen 2 prosessoru ilə təchiz olunub. Reytinqin ikinci yerində vivo S16 Pro, üçüncü yerində isə iQOO Neo7 SE modeli qərarlaşıb. İlk üçlükdən sonra gələn smartfonların ardıcıllığı belədir. Redmi K60E, OnePlus Ace 10R, OnePlus Ace, OPPO Reno8 Pro+ 5G, realme GT Neo 3, vivo S15 ProRedmi Note 11T Pro+.
    Paylaş
    Bənzər xəbərlər