Logo
    main-post-cover

    AnTuTu mart ayının qlobal bazar üçün ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib

    Cihazlar+
    11.04.2023
    Emil
        AnTuTu bençmark saytı mart ayı üzrə qlobal bazar üçün nəzərdə tutulmuş ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Fevral ayı üzrə olmuş reytinqdən fərqli olaraq mart ayı üzrə olan reytinqə daxil olan 10 smartfonun hamısı Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Görünür, Snapdragon 8 Gen 2-nin rəqibi olan MediaTek Dimensity 9200 prosessoru hələ də istifadəçilər arasında yetəri qədər etibara sahib deyil.
        Beləliklə AnTuTu-nun mart ayı üzrə qlobal bazar üçün nəzərdə tutulmuş ən güclü flaqman Android smartfonlar reytinqində birinci yeri Red Magic 8 Pro+ smartfonu tutub. Reytinqin ikinci pilləsində vivo X90 Pro+, üçüncü pilləsində isə Xiaomi 13 Pro qərarlaşıb. İlk üçlükdən sonra gələn smartfonların sıralanması isə belədir. Xiaomi 13, Galaxy S23 Ultra, Galaxy S23+, Galaxy S23, OnePlus 11, Xiaomi 12T ProXiaomi 12 Pro.
    Paylaş
    Bənzər xəbərlər