
AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib
Cihazlar+
02.06.2023
Emil
AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib. Təqdim edilmiş reytinq siyahısında yerləşmimş 10 smartfondan yalnız biri MediaTek prosessorunu əldə edib. Yerdə qalan bütün smartfonlar Snapdragon 8 Gen 2 prosessoruna sahibdirlər. Beləliklə reytinqin birinci pilləsində bir neçə müddət bundan öncə təqdim edilmiş iQOO Neo8 Pro smartfonu qərarlaşıb. MediaTek-in Dimensity 9200+ prosessorunu əldə etmiş smartfon məhz odur. Reytinqin ikinci yerini OnePlus 11, üçüncü yerini OPPO Find X6 Pro, dördüncü yerini iQOO 11 Pro, beşinci yerini isə Nubia Red Magic 8 Pro+ tutub. Reytinqin ilk beşliyindən sonra smartfonların sıralanması belədir. Vivo X Fold 2, vivo X90 Pro+, Xiaomi 13 Ultra, iQOO 11 və Meizu 20 Pro.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
