
AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinq siyahısında olan 10 smartfondan yalnız ikisi Snapdragon 7+ Gen 2 prosessoru ilə təchiz olunub. Yerdə qalan digər smartfonlar isə MediaTek-in Dimensity 8100, 8100 Max və 8200 prosessoru ilə təchiz olunublar. Beləliklə may ayı üzrə ən güclü subflaqman Android smartfonlar reytinqinin birinci pilləsində realme GT Neo5 SE smartfonu qərarlaşıb. Onun ardınca isə Redmi Note 12 Turbo, vivo S16 Pro, iQOO Neo7 SE, Redmi K60E gəlir. Reytinqin ilk beşliyindən sonra smartfonların sıralanması belədir. OnePlus Ace Racing Edition, OPPO Reno 9 Pro 5G, OnePlus Ace, realme GT Neo 3 və Redmi K50.