
AnTuTu noyabr ayı üzrə qlobal bazarın ən güclü Android smartfonlarının reytinqini təqdim edib
Cihazlar+
08.12.2023
Emil
AnTuTu bençmarkı noyabr ayı üzrə qlobal bazarın ən güclü Android smartfonlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqin bir qəribə özəlliyi var. Belə ki, təqdim edilmiş reytinqdə birinci yeri Xiaomi 14 Pro smartfonu tutub. Məsələ burasındadır ki, Xiaomi 14 Pro hələ qlobal bazarda təqdim edilməyib. Bununla belə noyabr ayı üzrə qlobal bazardakı ən güclü Android smartfonların reytinqinin ilk beşliyi belədir. Xiaomi 14 Pro, Nubia Z50S Pro, Nubia Red Magic 8 Pro+, Nubia Red Magic 8S Pro və Galaxy S23+. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Xiaomi 13, Xiaomi 13 Pro, Nubia Z50, Galaxy S23 Ultra və Xiaomi 13T Pro.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
