
AnTuTu noyabr ayında istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
04.12.2023
Emil
AnTuTu bençmarkı noyabr ayında istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonların reytinqini təqdim edib. Maraqlısı ondadır ki, reytinqin ilk pilləsində artıq üçüncü aydır ki, Honor şirkətinin qatlana bilən smartfonu tutur. Beləliklə keçən ay istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonların ilk beşliyi belədir. Honor Magic V2, iQOO 12 Pro, Galaxy S23 Ultra, Xiaomi Mix Fold 3 və vivo X100. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. iQOO 12, Meizu 20 Pro, realme GT5, vivo X90 Pro+ və Galaxy S23.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
