
AnTuTu oktyabr ayı üzrə istifadəçilərin ən çox razı qaldıqları Android smartfonların reytinqini təqdim edib
Keçən həftə AnTuTu bençmarkı oktyabr ayı üzrə istifadəçilərin ən çox razı qaldıqları Apple cihazlarının reytinqini təqdim etmişdi. İndi isə həmin bençmark oktyabr ayında istifadəçilərin ən çox razı qaldıqları Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub və onların arasında müxtəlif brendlər var. Beləliklə keçən ay istifadəçilərin ən çox razı qalmış olduqları Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Honor Magic V2, Galaxy S23 Ultra, Xiaomi Mix Fold 3, Meizu 20 Pro və realme GT5. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Vivo X90 Pro+, Galaxy S23, Honor X40 GT, Xiaomi 13 Ultra və Meizu 20.
Paylaş