AnTuTu oktyabr ayının qiymət-keyfiyyət üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib
Cihazlar+
03.11.2023
Emil Nəcəfov
AnTuTu bençmarkı oktyabr ayının qiymət-keyfiyyət göstəricisi üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Sözügedən reytinqə müxtəlif qiymət kateroqiyalarına aid olan smartfonlar daxil olublar. Beləliklə ilk reytinq 273$-a kimi satış qiymətinə sahib smartfonları əhatə edir. Bu reytinqin ilk beşliyi belədir. Redmi Note 12 Turbo, realme GT Neo5 SE, OnePlus Ace 2V, iQOO Neo8 və Redmi K60. İlk beşlikdən sonra gələn smartfonların sıralanması isə bu cürdür. Realme GT Neo5, Redmi Note 11T Pro, iQOO Z8, Redmi Note 12T Pro və OnePlus Ace Racing Edition.
274$-dan 409$-a kimi satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 2, Lenovo Legion Y70, Nubia Z50, Meizu 20 və OnePlus Ace Pro. İlk beşlikdən sonrakı sıralanma belədir. iQOO Neo8 Pro, Redmi K60 Extreme Edition, realme GT5, Xiaomi 12S Pro və Honor 80 Pro.
410$-dan 546$-a kimi satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Nubia Z50S Pro, Meizu 20 Pro, iQOO 11S, Xiaomi 13 və Galaxy S23. İlk beşlikdən sonrakı sıralanma isə bu cürdür. Vivo X90s, Honor Magic 5, Red Magic 8 Pro, OnePlus 11 və vivo X90.
547$-dan yuxarı satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Xiaomi 14, Xiaomi 14 Pro, OPPO Find X6, Honor Magic 5 Pro və iQOO 11 Pro. İlk beşlikdən sonrakı sıralanma isə belədir. OPPO Find X6 Pro, Xiaomi 13 Ultra, Huawei P60, vivo X90 Pro+ və Huawei Mate 50 Pro.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
AnTuTu oktyabr ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib
AnTuTu oktyabr ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib
AnTuTu bençmarkı oktyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!