Logo
    main-post-cover

    AnTuTu qlobal bazarda nisbətən ucuz qiymətə satılan ən güclü smartfonların reytinqlərini tərtib edib

    Cihazlar+
    08.11.2022
    Emil
        Məşhur AnTuTu bençmark saytı iki siyahı tərtb edib və həmin siyahılara qlobal istifadəçi interfeysinə sahib və nisbətən ucuz qiymətə satılan ən güclü smartfonlar daxil olublar. Bençmark saytı tərəfindən tərtib edilmiş ilk siyahıya 10 smartfon daxil edilib və bu siyahı subflaqmanlardan ibarət siyahı adlandırılıb. Beləliklə sözügedən siyahıda lider smartfon Realme GT Neo 3 olub. O, POCO X4 GT modelini geridə qoyaraq siyahının liderinə çevrilə bilib. Qeyd etmək lazımdır ki, hər iki smartfon MediaTek Dimensity 8100 prosessoru vasitəsilə çalışır. Siyahının üçüncü pilləsində isə Dimensity 8100-Ultra prosessoruna sahib Xiaomi 12T smartfonu qərarlaşıb. Xiaomi-yə məxsus olan Redmi brendinin Redmi K50i modeli siyahıda dördüncü yeri tutub. Bu smartfon da Dimensity 8100 prosessoru vasitəsilə çalışır.
        Redmi K50i-dan sonra gələn smartfonların hamısı Snapdragon 870 prosessoru ilə təchiz olunublar. Siyahının ilk beşliyini Realme GT Neo 2 smartfonu yekunlaşdırıb. Altıncı yerdə iQOO Neo 6, yeddinci yerdə Realme GT Neo 3T, səkkizinci yerdə POCO F3, doqquzuncu yerdə Mi 10T Pro 5G, onuncu yerdə isə POCO F4 modeli qərarlaşıb. AnTuTu tərəfindən tərtib edilmiş ikinci siyahıya nisbətən ucuz qiymətə satılan orta səviyyəli smartfonlar daxil olublar. Bu siyahının birinci pilləsində Snapdragon 778G+ prosessoruna sahib Nothing Phone (1) smartfonu qərarlaşıb.
        O, az fərqlə iQOO Z5 Honor 70 smartfonlarını geridə qoya bilib. İlk beşliyə həmçinin Realme GT MasterVivo T1 Pro 5G smartfonları daxil olublar. İkinci siyahının altıncı yerini Realme Q3s, yeddinci yerini Mi 11 Lite, səkkizinci yerini Mi 11 Lite 5G NE, doqquzuncu yerini Galaxy A73 5G, onuncu yerini isə Galaxy A52s 5G modeli tutub. Qeyd etmək lazımdır ki, bu siyahıda yalnız iki smartfon Snapdragon 778G+ prosessoru ilə təchiz olunub. Söhbət, Nothing Phone (1) ilə Honor 70-dən gedir. Yerdə qalan digər smartfonlar Snapdragon 778G prosessoruna sahibdirlər.
    Paylaş
    Bənzər xəbərlər