
AnTuTu qlobal bazarda satılan ən güclü flaqman smartfonların reytinqini tərtib edib
Cihazlar+
08.11.2022
Emil
AnTuTu bençmark saytı qlobal bazarda satılan ən güclü flaqman smartfonların reytinqini tərtib edib. AnTuTu tərəfindən tərtib edilmiş reytinqdə flaqman Snapdragon prosessorları böyük üstünlüyə sahibdirlər. Belə ki, reytinqdəki smartfonlardan doqquzu məhz bu prosessorlar vasitəsilə çalışır. Beləliklə reytinqin birinci yerini ASUS ROG Phone 6-nın 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası, ikinci yerini isə 18 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası tutub. Üçüncü yerdə 12 GB RAM və 256 GB yaddaşa sahib Xiaomi Mi 12T Pro modeli qərarlaşıb.

Xiaomi Mi 12T Pro-dan az fərqlə dördüncü yeri Red Magic 7 (16 GB RAM + 256 GB yaddaş), beşinci yeri isə Black Shark 5 Pro (12 GB RAM + 256 GB yaddaş) smartfonu tutub. Bu iki smartfon Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunur. Reytinqin altıncı yerini Vivo X80 (12 GB RAM + 256 GB yaddaş), yeddinci yerini Motorola Edge 30 Pro (12 GB RAM + 256 GB yaddaş), səkkizinci yerini Galaxy Z Fold 4 5G (12 GB RAM + 256 GB yaddaş), doqquzuncu yerini Xiaomi Mi 12 Pro (12 GB RAM + 256 GB yaddaş), onuncu yerini isə Motorola Edge X30 (12 GB RAM + 256 GB yaddaş) tutub. Qeyd etmək lazımdır ki, bu reytinqdə yalnız Vivo X80 smartfonu MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
