Logo
    main-post-cover

    AnTuTu reytinqinə əsasən öz qiymətlərinə görə ən yaxşı smartfonlar

    Cihazlar+
    03.11.2022
        AnTuTu bençmark saytının mütəxəssisləri oktyabr ayı üzrə müxtəlif qiymət kateqoriyalarında qiymət/keyfiyyət nisbəti baxımından ən yaxşı smartfonların reytinqini tərtib ediblər. Bunun üçün mütəxəssislər alıcının xərclədiyi vəsait qarşılığında hansı səviyyədə performans göstəricisini əldə etməsindən istifadə ediblər. Beləliklə 275$-a kimi olan smartfonlar kateqoriyasında birinci yeri 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 11T Pro smartfonu tutub. Bu qiymət kateqoriyasına daxil olan smartfonlar arasında ikinci yeri 12 GB RAM-a və 256 GB yaddaşa sahib Realme GT Neo2T, üçüncü yeri isə 8 GB RAM-a və 256 GB yaddaşa sahib OnePlus Ace Racing Edition smartfonu tutub.
        275$-dan 410$-a kimi olan smartfonlar kateqoriyasında birinci yeri 12 GB RAM-a və 256 GB yaddaşa sahib Motorola Edge X30 smartfonu tutub. Aralarında çox da böyük olmayan fərqlə ikinci yeri 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K50 Extreme Edition modeli, üçüncü yeri isə 8 GB RAM-a və 128 GB yaddaşa sahib Lenovo Legion Y70 modeli tutub. Qeyd etmək lazımdır ki, sözügedən qiymət kateqoriyasında birinci yeri tutan Motorola Edge X30 modeli Snapdragon 8 Gen 1 prosessoru, ikinci və üçüncü yeri tutan smartfonlar isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunublar.
        410$-dan 549$-a kimi olan qiymət kateqoriyasında birinci yeri 8 GB RAM-a və 256 GB yaddaşa sahib Nubia Z40S Pro smartfonu, ikinci yeri 12 GB RAM-a və 256 GB yaddaşa sahib Motorola X30 Pro modeli, üçüncü yeri isə 12 GB RAM-a və 256 GB yaddaşa sahib Lenovo Legion Y90 modeli tutub. 689$-a kimi olan qiymət kateqoriyasına gəldikdə isə birinci yeri 8 GB RAM və 128 GB yaddaş sahib Xiaomi 12S Pro modeli, ikinci yeri 12 GB RAM-a və 256 GB yaddaşa sahib ASUS ROG Phone 6 modeli, üçüncü yeri isə 8 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Find X5 Pro modeli tutub.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AnTuTu reytinqinə əsasən öz qiymətlərinə görə ən yaxşı smartfonlar | Technote