AnTuTu sebtyabr ayının qiymət-keyfiyyət üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib
Cihazlar+
10.10.2023
AnTuTu bençmarkı sentyabr ayının qiymət-keyfiyyət üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Beləliklə 274$-a kimi qiymət kateqoriyasına daxil olan ən yaxşı Android smartfonların ilk beşliyi belədir. Redmi Note 12 Turbo, OnePlus Ace Racing Edition, Redmi Note 11T Pro, Redmi Note 12T Pro və realme GT Neo5 SE. İlk beşlikdən sonrakı smartfonların sıralanması bu cürdür. iQOO Z8, Honor X40 GT, Redmi K60E, Honor X40 GT Racing Edition və OPPO K10 5G.
275$-dan 411$-a kimi qiymət kateqoriyasına daxil olan ən yaxşı Android smartfonların ilk beşliyi belədir. Nubia Z50, Lenovo Legion Y70, Redmi K60, Redmi K60 Extreme Edition və OnePlus Ace 2 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. Realme GT Neo5, realme GT5, Xiaomi 12S Pro, Honor 80 GT və OnePlus Ace Pro.
412$-dan 548$-a kimi qiymət kateqoriyasına daxil olan ən yaxşı Android smartfonların ilk beşliyi belədir. iQOO Neo8 Pro, Redmi K60 Pro, OPPO Reno 10 Pro, iQOO 11S və vivo X90. İlk beşlikdən sonra gələn smartfonların sıralanması bu cürdür. Xiaomi 13, vivo X90s, Galaxy S23, Honor Magic 5 və Honor 90 Pro.
549$-dan 685$-a kimi qiymət kateqoriyasına daxil olan ən yaxşı Android smartfonlar reytinqinə 8 model daxil olub. Beləliklə bu reytinqin ilk dördlüyü belədir. Red Magic 8S Pro, OnePlus 11, Nubia Z50 Ultra və Xiaomi 13 Pro. İlk dördlükdən sonrakı smartfonların sıralanması isə belədir. OPPO Find X6, Honor Magic 5 Pro, Huawei Mate 50 və Huawei P60.
686$-dan yuxarı qiymət kateqoriyasına daxil olan ən yaxşı Android smartfonların ilk beşliyi belədir. iQOO 11 Pro, OPPO Find X6 Pro, Xiaomi 13 Ultra, vivo X90 Pro+ və Honor Magic 5 Ultimate Edition. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. Huawei P60 Pro, Huawei Mate 50 Pro, Galaxy S23 Ultra, Xiaomi Mix Fold 3 və Huawei P60 Art.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub