Logo
    main-post-cover

    AOC 16T3EA adlı yeni portativ monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.08.2024
    Emil
         AOC şirkəti öz yeni portativ monitorunu təqdim edib. Şirkətin yeni portativ monitoru AOC 16T3EA adlanır. Beləliklə bu yeni portativ monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 15.6 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Monitorun qalınlığı 11.5 mm, çəkisi isə 1.1 kq təşkil edir. O, kafelərdə, kitabxanalarda, müxtəlif tədbirlərdə çalışmaq və ya kiçik miqyaslı təqdimat üçün yaxşı variantdır. Monitor özündə USB-C girişini, DisplayPort Alt rejimini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Üstəlik monitorun arxa panelində qatlana bilən dayaq hissəsi mövcuddur. AOC 16T3EA bu ayın ortasında satışa çıxacaq və onun qiyməti 179 avro təşkil edəcək.
    Paylaş