Logo
    main-post-cover

    AOC 24B15H2 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.06.2024
    Emil
         AOC şirkəti öz yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru AOC 24B15H2 adlanır. Beləliklə AOC-un bu yeni büdcəli monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 8 millisaniyə təşkil edir. Sözügedən yeni monitorda Clear Vision texnologiyasının dəstəyi reallaşdırılıb. Bu texnologiya ekranda əks olunan təsvirin detalizasiyasını artırır. Üstəlik uzun müddət ərzində istifadə çərçivəsində monitor istifadəçi gözlərinin yorulmaması üçün Blue Light filtrindən istifadə edir. Bu filtr gözlər üçün zərərli olan göy işıq səviyyəsinin aşağı salınmasına istiqamətlənib. AOC 24B15H2 özündə HDMI VGA girişlərini birləşdirir. Monitor artıq Çində satışa çıxıb və onun qiyməti 70$ təşkil edir. Monitorun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş