Logo
    main-post-cover

    AOC 24E11XH adlı yeni büdcəli gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.12.2023
    Emil
         AOC şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC 24E11XH adını əldə edib. Beləliklə sözügedən monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, NTSC rəng diapazonunun 82%-ni əhatə edir. Ekran həmçinin HDR rejiminin və DC Dimming texnologiyasının dəstəyinə də sahibdir. Monitor özündə HDMI 1.4 girişini birləşdirir. Monitorun yerləşmə vəziyyətini həmçinin xüsusi altlıq vasitəsilə ayarlamaq olar. AOC 24E11XH artıq Çin bazarında 74$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş