Logo
    main-post-cover

    AOC 25G4K gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.08.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC 25G4K adlanır. Beləliklə bu yeni monitor 420 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 92%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC 25G4K artıq Çində satışa çıxıb və onun qiyməti 222$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş