main-post-cover

    AOC 27G10ZE gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.07.2024
    Emil Nəcəfov
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC 27G10ZE adlanır. Beləliklə bu yeni monitor 260 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 129%-ni, DCI-P3 rəng diapazonunun 96%-ni əhatə edir.
         Bundan əlavə olaraq ekran HDR10 dəstəklidir və üstəlik özündə Low Blue Light texnologiyasını birləşdirir. Bu texnologiya istifadəçi gözlərinə zərərli göy işıq vasitəsilə yüklənməni aşağı salır. Monitor özündə HDMI 2.0, DisplayPort 1.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC 27G10ZE artıq Çində satışa çıxıb və onun qiyməti 138$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ofis işləri üçün AOC U27B3CF monitoru təqdim edilib - QİYMƏTİ
    ofis-isleri-ucun-aoc-u27b3cf-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G3ZN gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-q27g3zn-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC AGON GAMING C27G4ZXE gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-agon-gaming-c27g4zxe-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Orta büdcəli AOC U27V10R monitoru təqdim edilib - QİYMƏTİ
    orta-budceli-aoc-u27v10r-monitoru-teqdim-edilib-qiymeti
    AOC Gaming C27G2Z3/BK gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-gaming-c27g2z3bk-gaming-monitoru-teqdim-edilib-qiymeti