
AOC AG276UX gaming monitoru təqdim edilib
Cihazlar+
30.04.2024
Farid
AOC şirkəti Xiaomi-nin Redmi brendinin ardınca öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AG276UX adlanır. Beləliklə bu yeni monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və o, sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DislayPort 1.4, USB-A 3.2 və USB-B girişlərini birləşdirir və onun arxa panelində RGB işıqlandırma var. AOC AG276UX-un nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
