AOC AG327UD gaming monitoru təqdim edilib
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AG327UD adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitorun ekranı 165 Hz-lik təsvir yenilənməsi ilə 3840x2160 piksel görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 330 Hz-lik təsvir yenilənməsi ilə 1920x1080 piksel görüntü keyfiyyətini təmin edir. Monitorun özü 31.5 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor özündə AMD Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 Gen 1, USB Type-A, USB Type-B və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC AG327UD-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
Paylaş