Logo
    main-post-cover

    AOC Agon 6 Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.11.2024
    Emil
         AOC şirkəti yüksək təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Agon 6 Pro adlanır. Beləliklə bu yeni monitor 480 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni, sRGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen 1 Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC Agon 6 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 826$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş