
AOC AGON 6 Pro OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.01.2024
Emil
AOC şirkəti özünün AGON seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor AGON 6 Pro OLED adını əldə edib. Beləliklə AOC-un sözügedən yeni gaming monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 44.5 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Bununla yanaşı ekran HDR10, NVIDIA G-SYNC və AMD FreeSync Premium texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI və USB Type-C girişlərini birləşdirir. Monitordakı USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün USB Type-C girişi 90 vatt çıxış gücünə sahibdir. AGON 6 Pro OLED yaxın zamanda 1250$ qiymətində satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
