Logo
    main-post-cover

    AOC AGON AG275QSR gaming monitoru təqdim edilib

    Cihazlar+
    29.09.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON AG275QSR adlanır. Beləliklə bu yeni monitor 320 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC AGON AG275QSR-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş