Logo
    main-post-cover

    AOC AGON AG275QXW gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.08.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON AG275QXW adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 107%-ni, NTCS rəng diapazonunun 106%-ni, DCI-P3 rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC AGON AG275QXW artıq Çində satışa çıxıb və onun qiyməti 237$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş