Logo
    main-post-cover

    AOC AGON AG277UX gaming monitoru təqdim edilib

    Cihazlar+
    22.10.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON AG277UX adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitorun ekranı 160 Hz-lik təsvir yenilənməsi ilə 3840x2160 piksel görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi ilə 1920x1080 piksel görüntü keyfiyyətini təmin edir. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD Adaptive-SyncNVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 2.1, USB 3.2 Gen 1 Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC AGON AG277UX-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş