
AOC AGON GAMING 24G4XE gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
20.05.2024
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON GAMING 24G4XE adlanır. Beləliklə sözügedən yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran üstəlik AMD AdaptiveSync və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. AOC AGON GAMING 24G4XE bu ayın sonunda satışa çıxacaq və onun Avropa bazarındakı qiyməti 180 avro təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
