
AOC AGON Pro AG246FK gaming monitoru təqdim edilib
Cihazlar+
23.04.2024
Farid
AOC şirkəti özünün yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON Pro AG246FK adlanır. Beləliklə bu yeni monitor 540 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym TN ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Ekran özündə HDR400, AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI, DisplayPort və USB 3.2 girişləri ilə təchiz olunub. Onun arxa panelində isə RGB işıqlandırma mövcuddur. AOC AGON Pro AG246FK iyun ayında Avropada satışa çıxacaq və onun qiyməti 700 avro təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
