
AOC AGON Pro AG276QKD2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON Pro AG276QKD2 adlanır. Bu yeni monitor yüksək təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync və AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Gen 1 Type-A, USB 3.2 Gen 1 Type-B girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. AOC AGON Pro AG276QKD2 yaxın zamanda 917$ qiymətində satışa çıxacaq.

Paylaş