
AOC Agon Pro AG276QSD gaming monitoru təqdim edilib
AOC şirkəti özünün Agon adlı gaming monitor seriyasının yeni modelini təqdim edib. Yeni monitor AOC Agon Pro AG276QSD adlanır. Beləliklə bu yeni gaming monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC Agon Pro AG276QSD-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş