
AOC Agon Pro AG276UZD gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.05.2025
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Agon Pro AG276UZD adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.3%-ni, Adobe RGB rəng diapazonunun isə 96.5%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 2.1, USB-C girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. AOC Agon Pro AG276UZD gələn ay satışa çıxacaq və onun qiyməti 968$ təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
