
AOC AGON Pro AG326UD gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.08.2024
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON Pro AG326UD adlanır. Beləliklə bu yeni gaming monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 32 düym ölçülü Samsung QD-OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 250 nit, maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Bundan əlavə olaraq ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə 8 vatt gücündə iki ədəd səsgücləndiricini və HDMI 2.1, DisplayPort 1.4 girişlərini birləşdirir. AOC AGON Pro AG326UD sentyabr ayında Avropada satışa çıxacaq. Onun qiyməti isə 849 avro təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
