Logo
    main-post-cover

    AOC Agon Pro AG326UZD gaming monitoru təqdim edilib

    Cihazlar+
    01.08.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Agon Pro AG326UZD adlanır. Beləliklə bu monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync, Adaptive Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 2.1, USB 3.2 Type-C, USB 3.2 Type-B, USB 3.2 Type-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Agon Pro AG326UZD-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş