Logo
    main-post-cover

    AOC Agon Pro AG346UCD gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.10.2024
         AOC şirkəti öz yeni premium gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC Agon Pro AG346UCD adlanır. Beləliklə sözügedən monitor 175 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.3%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor 8 vatt gücündə səsgücləndiricilərə, HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen 1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. AOC Agon Pro AG346UCD artıq satışa çıxıb və onun qiyməti 750 avro təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AOC Agon Pro AG346UCD gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote