Logo
    main-post-cover

    AOC AGON Q27G4XY smart gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.12.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC AGON Q27G4XY adlanır. Lakin şirkətin daha öncə təqdim etmiş olduğu monitorlardan fərqli olaraq bu yeni monitor smart monitordur və o, kompüter oyunları üçün nəzərdə tutulmuş olsa da özündə smart televizor funksiyalarını birləşdirir. Google TV əməliyyat sistemi hesabına bu monitoru hətta kompüterə qoşmadan da istifadə etmək olar.
        Bu halda o məhz smart televizor şəklində fəaliyyət göstərəcək. Beləliklə AOC AGON Q27G4XY monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü WLED ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Monitor özündə AMD FreeSync NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor Ethernet, HDMI, USB Type-AUSB Type-C girişlərinə sahibdir. AOC AGON Q27G4XY artıq satışa çıxıb və onun qiyməti 300$ təşkil edir.
    Paylaş