
AOC C27G4H2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.05.2025
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Yeni monitor AOC C27G4H2 adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC C27G4H2 artıq Çində satışa çıxıb və onun qiyməti 208$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
