
AOC CQ27G3ZE gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC CQ27G3ZE adlanır. Beləliklə bu yeni monitor 260 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC CQ27G3ZE artıq Çində satışa çıxıb və onun qiyməti 235$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş