Logo
    main-post-cover

    AOC CU34G10XP gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.12.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC CU34G10XP adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran HDR10 dəstəklidir və 16.7 milyon rəngi əks etdirə bilir. Monitor özündə HDMI 2.0 DisplayPort 1.4 girişlərini birləşdirir. AOC CU34G10XP artıq Çində satışa çıxıb və onun qiyməti 206$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş