AOC Gaming CU34G2XE/BK adlı gaming monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.12.2023
Emil
AOC şirkəti AOC Gaming CU34G2XP/BK ilə yanaşı daha bir gaming monitorunu da təqdim edib. Söhbət, AOC Gaming CU34G2XE/BK adlı monitordan gedir. İkinci monitor birinci monitorun bir qədər sadələşdirilmiş versiyasıdır. Beləliklə AOC Gaming CU34G2XE/BK 144 Hz-lik təsvir yenilənməsinə sahib Wide Quad HD keyfiyyətli (3440x1440 piksel) 34 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Üstəlik ekran HDR10 dəstəyini əldə edib. AOC Gaming CU34G2XE/BK özündə 1 ədəd HDMI 2.0 girişini, 1 ədəd DisplayPort 1.4 girişini və 3.5 mm-lik audiogirişi birləşdirir. Monitor bu ayın sonuna kimi satışa çıxacaq və 377$ qiymətində satılacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
AOC Gaming CU34G2XP/BK adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
AOC şirkəti AOC Gaming CU34G2XP/BK adlı yeni gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
Ofis işləri üçün AOC U27P3UB adlı yeni monitor təqdim edilib
AOC şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.
Elm & Texnologiya
AOC Q27G10E adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti Aegis Q27G4 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
Aegis Q27G4 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti Aegis Q27G4 adlı yeni gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
AOC şirkəti 240 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib
AOC şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AGON AG456UCZD adını əldə edib.
Ən çox oxunanlar