Logo
    main-post-cover

    AOC Q24G50F gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.07.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q24G50F adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun 92%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC Q24G50F artıq Çində satışa çıxıb və onun qiyməti 105$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş