Logo
    main-post-cover

    AOC Q27B3CF2 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.05.2024
         AOC şirkəti qlobal bazarda yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru AOC Q27B3CF2 adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Məlumata əsasən sözügedən monitorun ekranı 16.7 milyon rəngi əks etdirmə imkanına sahibdir. Üstəlik monitor 2 vatt gücündə 2 ədəd səsgücləndiri ilə təchiz olunub və özündə HDMI, DisplayPort, USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları da şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. AOC Q27B3CF2-nin satışlarına yaxın günlərdə start veriləcək. Onun qiyməti isə 200 avro təşkil edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AOC Q27B3CF2 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ | Technote