Logo
    main-post-cover

    AOC Q27G10E2 gaming monitoru təqdim edilib

    Cihazlar+
    04.02.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G10E2 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri və HDR10-nu dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor özündə Adaptive-SyncAMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G10E2-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş