Logo
    main-post-cover

    AOC Q27G11SE gaming monitoru təqdim edilib

    Cihazlar+
    17.10.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G11SE adlanır. Beləliklə bu yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Üstəlik monitor AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş audio girişi birləşdirir. AOC Q27G11SE-nin nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Paylaş