Logo
    main-post-cover

    AOC Q27G12ZE/D gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.09.2024
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G12ZE/D adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 92%-ni əhatə edir. Üstəlik monitor Adaptive Sync texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4. girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC Q27G12ZE/D artıq Çində satışa çıxıb və onun qiyməti 220$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş