
AOC Q27G20XM gaming monitoru təqdim edilib
Cihazlar+
15.04.2024
Farid
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC Q27G20XM adlanır. Beləliklə sözügedən monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym mini-LED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 700 nit, maksimal parlaqlıq səviyyəsi isə 1000 nit təşkil edir. Ekran DisplayHDR 1000 sertifikatına və G-Sync ilə AMD FreeSync texnologiyalarının dəstəklərinə sahibdir. Ekran üstəlik sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI və DisplayPort girişlərini birləşdirir. AOC Q27G20XM yaxın günlərdə Çində satışa çıxacaq. Onun qiyməti barəsində məlumat verilməyib. Bununla yanaşı monitorun digər regionlarda satılıb-satılmayacağı da bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
