
AOC Q27G41E gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
02.12.2024
Emil
AOC şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G41E adlanır. Beləliklə bu yeni büdcəli monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 93%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC Q27G41E artıq Çində satışa çıxıb və onun qiyməti 117$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
