
AOC Q27G41ZE gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
01.07.2025
Emil
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G41ZE adlanır. Beləliklə sözügedən yeni monitor 260 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 94%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. AOC Q27G41ZE artıq Çində satışa çıxıb və onun qiyməti 153$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
