Logo
    main-post-cover

    AOC Q27G4K gaming monitoru təqdim edilib

    Cihazlar+
    06.05.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G4K adlanır. Beləliklə bu yeni monitor 400 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95% təşkil edir. Monitor özündə Adaptive Sync и AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G4K-nın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş