
AOC Q27G4SRU gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G4SRU adlanır. Beləliklə bu yeni monitor 320 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 136.9%-ni, DCI-P3 rəng diapazonunun isə 93.7%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-A, USB-B girişlərini və 2 vatt gücündə səsgücləndiriciləri əldə edib. AOC Q27G4SRU bu ayın ortasında satışa çıxacaq və onun qiyməti 334$ təşkil edəcək.

Paylaş