Logo
    main-post-cover

    AOC Q27G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.09.2025
    Emil
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G51F adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNCAMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G51F artıq Çində satışa çıxıb və onun qiyməti 105$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş