
AOC şirkəti 2 ədəd yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
30.01.2025
Emil
AOC şirkəti 2 ədəd yeni gaming monitorunu təqdim edib. Birinci monitor AOC Q27G2S, ikinci monitor isə AOC Q27G2S/D adlanır. Monitorlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar sadəcə bəzi özəlliklər baxımından bir-birilərindən fərqlənirlər. Beləliklə AOC Q27G2S monitoru 155 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 131%-ni əhatə edir.

Monitor özündə Adaptive-Sync və G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI və DisplayPort girişlərini əldə edib. AOC Q27G2S/D monitoruna gəldikdə isə onun texniki imkanları AOC Q27G2S-in texniki imkanları ilə demək olar eynidir. Sadəcə olaraq AOC Q27G2S/D modelində ekranın təsvir yenilənməsi göstəricisi 170 Hz təşkil edir və o, sRGB rəng diapazonunun 126%-ni əhatə edir. AOC Q27G2S modeli artıq Çin bazarında 138$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. AOC Q27G2S/D modelinin isə nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
